Kütləvi zəhərlənmə olan şadlıq sarayının administratoru danışdı - VİDEO

Ötən gün Xətai rayonunda yerləşən “Venesiya” şadlıq evində kütləvi zəhərlənmə olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı şadlıq sarayının administratoru Baku TV-yə danışıb.
“Həmin gün şadlıq sarayının hər iki zalında tədbir olub, lakin birində zəhərlənmə faktı qeydə alınıb. Bununla bağlı araşdırma gedir. Qidalar Qida Təhlükəsizliyi Agentliyinin sertifikasiyası əsasında şadlıq sarayına daxil olur. Zəhərlənməyə nəyin səbəb olduğu bizə də maraqlıdır”, - deyə administrator qeyd edib.
Ətraflı Baku TV-nin süjetində:
"Cebheinfo.az"