Zelenski Putinin “Pasxa atəşkəsi” elan etməsinə münasibət bildirib

“Hazırda ölkəmizin ərazisində hava həyəcanı siqnalları işə düşüb. Yerli vaxtla 17:15-də səmada Rusiyaya məxsus pilotsuz uçuş aparatları qeydə alınıb”.
"Cebheinfo.az" xəbər verir ki, bunu “Teleqram” kanalında Ukrayna prezidenti Volodimir Zelenski yazıb.
O qeyd edib ki, ölkəsinin hava hücumundan müdafiə sistemləri və hərbi aviasiyası işlək vəziyyətə gətirilib:
“Səmamızın üzərində “Shahed” pilotsuz uçuş aparatlarının olması Putinin həm Pasxaya, həm də insanların həyatına real yanaşmasını göstərir”.
"Cebheinfo.az"