İmtahanda az bal toplayan yeniyetmə intihara cəhd etdi

İmtahanda az bal toplayan yeniyetmə intihara cəhd etdi

Ağstafada 17 yaşlı yeniyetmə qız sirkə turşusundan zəhərlənib.

"Cebheinfo.az" "Unikal"a istinadən xəbər  verir ki, hadisə rayon ərazisində yerləşən parkların birində baş verib.

Belə ki, rayon sakini 2008-ci il təvəllüdlü S.Hacıyeva huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetmə qıza yardım edilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 2008-ci il təvəllüdlü S.Hacıyeva buraxılış imtahanında az bal topladığına görə sirkə turşusu içib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"