Tiktokerlər Nuh və "Xan"ın həbs müddətləri uzadıldı

Tiktokerlər Nuh və "Xan"ın həbs müddətləri uzadıldı

Polis tərəfindən keçirilən "TikTok" əməliyyatlarında saxlanılan "Xan" ləqəbli tiktoker Əsgər Əlizadənin və digər tiktoker Nuh Məmmədzadənin həbs müddəti uzadılıb.

"Cebheinfo.az" Lent.az-a istinadən xəbər verir ki, hər iki tiktokerin həbs müddəti Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 2 ay daha uzadılıb.

Qeyd edək ki, "Xan" ləqəbli tiktoker Əsgər Əlizadə 2023-cü ilin dekabr ayında saxlanılıb və Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham olunub. Bu maddə satışı məqsədilə olmayan külli miqdarda qanunsuz narkotik vasitələrin və ya psixotrop maddələrin saxlanılması və ya daşınmasını əhatə edir. Ə.Əlizadə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

Eyni ittihamla saxlanılan digər tiktoker Nuh Məmmədzadə də 4 ay müddətinə həbs edilmişdi. Onun da həbs müddəti 2 ay uzadılıb.

Hər iki tiktokerin gələcək taleyi barədə məhkəmənin yekun qərarı gözlənilir.

"Cebheinfo.az"