Təbrizdə coşqulu anlar - VİDEO

“Traktor”un İran çempionatının 27-ci turunda “Malavan”ı 3:0 hesabı ilə darmadağın etməsi Təbrizdə coşqu ilə qarşılanıb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, güneyli azarkeşlər Təbriz küçələrinə axışaraq çempionluğa bir addım da yaxınlaşmağı qeyd ediblər.
Qeyd edək ki, “Traktor” bu qalibiyyətlə xallarının sayını 58-ə çatdırıb və liderliyini qoruyub. 2-ci yerdəki “Sepahan”ın 56 xalı var. Lakin Təbriz klubu rəqibindən 1 oyun az keçirib.
"Cebheinfo.az"