Premyer Liqanın XXXI turunda "Sabah" "Səbail"ə qalib gəlib

Premyer Liqanın XXXI turunda "Sabah" "Səbail"ə qalib gəlib

Misli Premyer Liqasının XXXI turunda "Sabah" "Səbail"ə qalib gəlib.

"Cebheinfo.az" xəbər verir ki, "Bank Respublika Arena"da keçirilmiş oyunda "bayquşlar" 3:2 hesablı qələbə qazanıblar.

Meydan sahiblərinin qolları Sofian Çakla (31), Dmitro Litvin (82, avtoqol) və Coy Lens Mikelsin (90+3) aktivinə yazılıb. Qonaqların heyətində isə İnnosent Nşuti (21) və Süleyman Alluş (74) dəqiq zərbə müəllifi olublar.

Turnir cədvəlində "Sabah" 39 xalla beşincidir. "Səbail" isə 20 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.

Xatırladaq ki, turun açılış oyununda "Araz-Naxçıvan" dünən doğma meydanda "Turan Tovuz"la heç-heçəyə (1:1) razılaşıb.

"Cebheinfo.az"