"Özlərini "primadonna" sayırlar"

Əməkdar artist Gülüstan Əliyeva son günlər qalmaqalla gündəmə gələn ifaçılardan bəhs edib.
"Cebheinfo.az" xəbər verir ki, müğənni "Zaurla Günaydın" verilişində gündəmdə yalnız sənətlə qalmaq mümkün olduğunu deyib:
"Səhnədə olanlar özlərini sənətkar, primadonna sayırlar. Demək istəyirəm ki, sənətdə olduğum illərdə anladım ki, sənətlə yüksəlmək olur. Əməyinlə, peşəyə verdiyin dəyərlə gündəmdə qala bilərsən. Bizim peşə elə xəsis bir peşədir ki...
Şəxsi həyatını efirə gətirməsin. Kim harada nə iş görür özü bilər. Səhnə ömrü çox azdır, qısadır. Çalışırıq hər şey edək. Belə neqativlər bizi ruhdan salır. Ruhumuzu əzir, incidir".( Axşam.az)
"Cebheinfo.az"