"YouTube"da ən populyar müğənnilər məlum oldu - SİYAHI

"YouTube"da ən populyar müğənnilər məlum oldu - SİYAHI

Azərbaycanlı müğənnilər sosial şəbəkələrdə böyük izləyici kütlələrinə sahibdirlər.

Yerli məşhurlar əsasən “Instagram” sosial şəbəkəsini aktiv şəkildə istifadə edirlər. Ən çox izləyicilərinin olduğu sosial şəbəkələr də məhz sözügedən platformadır.

Lakin müğənnilərin mahnılarını və kliplərini yüklədiyi əsas platforma kimi “YouTube” önplana çıxır. 

Bu platformanın pulsuz və hamı üçün əlçatan olması səbəbindən oraya yüklənilən mahnı qısa zamanda minlərlə, hətta milyonlarla dinlənilə bilir. Belə olan halda ölkəmizdəki ifaçıların “YouTube”dakı izləyici sayı da maraq doğurur.

Ümumiyyətlə, azərbaycanlı müğənnilərin “YouTube”da nə qədər izləyicisi var?

“Cebheinfo.az” bu barədə araşdırma aparıb.

Beləliklə, sözügedən siyahını təqdim edirik:

1. Üzeyir Mehdizadə - 2.48 milyon
2. Naz Dej – 1.76 milyon
3. Talıb Tale – 1.52 milyon
4. Şəbnəm Tovuzlu – 1.5 milyon
5. Emin – 1.23 milyon
6. Şöhrət Məmmədov – 920 min
7. Vəfa Şərifova – 740 min
8. Vüqar Səda – 723 min
9. Damla – 701 min
10. Aqşin Fateh – 590 min
11. Röya – 548 min
12. Ülviyyə Namazova – 537 min
13. İfrat – 528 min
14. Nuri Sərinləndirici – 508 min
15. Nəfəs – 502 min
16. Elnarə Abdullayeva – 458 min
17. Nurlan Ordubadlı – 386 min
18. Pərviz Bülbülə - 374 min
19. Aygün Kazımova – 367 min
20. Əhməd Mustafayev – 357 min.

Elmir Mustafa
“Cebheinfo.az”