Kilsədə Paşinyanın qəbulu ilə bağlı qalmaqal: Eçmiədzin qəzəblənib

Eçmiədzinin kilsəsi Ermənistanın Baş naziri Nikol Paşinyanın Tallinndəki Müqəddəs Qriqori İlluminator kilsəsinə səfəri zamanı Baltikyanı ölkələrin erməni yeparxiyasının primatı, arxiyepiskop Vazgen Mirzəxanyanla bağlı yaranmış qalmaqala cavab verib.
Keşiş Paşinyanla birlikdə dua edərək onu səmimi qarşılayıb. Bundan sonra o, Ermənistanın Baş nazirinə müraciət edərək bildirib ki, qonşularla sülh gündəmində olan proqramlarının uğuru üçün dua edir, həmçinin “Xristianlıq Qərbdən gəldiyi üçün (baxmayaraq ki, Məsihin təlimi Şərqdən gəlib – red.) Avropa İttifaqı istiqamətində atılan addımları dəstəkləyir. Mirzəxanyanın fikrincə, Ermənistan beləliklə, Baltikyanı ölkələr kimi sülhsevər qonşuluq vasitəsilə öz xalqının gələcəyini təmin edə bilər.
Arxiyepiskopun davranışı erməni cəmiyyətində kəskin reaksiyaya səbəb olub, çünki kilsə ilə ölkə hakimiyyəti arasında bir sıra məsələlərdə ciddi fikir ayrılığı var. Yeparxiya rəhbəri isə Ermənistanda mərasimlərə qatılmayan və bütün ermənilərin katolikosu II Qareginlə açıq qarşıdurmada olan baş naziri səmimiyyətlə qarşılayıb.
Bununla bağlı Erməni Apostol Kilsəsi şərh yayıb:
"Mirzəxanyanın salamlama nitqində eşidilən ifadələr cəmiyyətimizin müxtəlif təbəqələrində fikir ayrılıqlarına səbəb olmaqla yanaşı, təəssüf ki, həm də siyasi spekulyasiyalara, din xadiminə və kilsəyə qarşı təhqiramiz ifadələrə səbəb oldu. Yeparxiya rəhbərinin səsləndirdiyi bəzi fikir və mülahizələr çox subyektiv, fərdi və kilsənin mövqeyini ifadə etmir".
Həmçinin qeyd olunur ki, hər hansı məsələ ilə bağlı qiymətləndirmələr səsləndirilərkən, xüsusən də kilsənin rəsmi mövqeyi olmadığı halda kilsə xadimləri diqqətli və ehtiyatlı davranmalıdırlar ki, yanlış şərhlərə yol verməsinlər.
Bundan əvvəl “Hraparak” qəzeti yazıb ki, arxiyepiskop Vazgen Mirzəxanyan hətta Erməni Apostol Kilsəsinin Gürcüstan Yeparxiyasının rəhbəri olduğu vaxtdan qalmaqallı davranışları ilə tanınır. Bundan sonra oradan Baltikayanı ölkəyə köçürülüb. Onun budəfəki davranışı kilsə daxilində narazılıq doğurub.
Xəzər
“Cebheinfo.az”