Vakansiya seçimi mərhələsinə start verildi

Vakansiya seçimi mərhələsinə start verildi

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsi bu gündən etibarən başlayıb.

Bu barədə İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, vakansiya üzrə seçim mərhələsi 5 may saat 13:00-a qədər davam edəcək. Müəllimlər qeyd olunan tarixə qədər vakansiya seşimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Qeyd edək ki, bundan əvvəlki mərhələdə şəhid ailəsi üzvləri üçün vakansiya seçimi mərhələsi aktivləşmişdi.

"Cebheinfo.az"