Oğuzda çaqqal 56 yaşlı kişiyə hücum edib

Oğuz rayonunda çaqqal 56 yaşlı sakinə hücum edib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xalxalqışlaq kəndində baş verib.
1969-cu il təvəllüdlü kənd sakini Nakam Muradov günorta saatlarında işdən evə qayıdarkən çaqqalın hücumuna məruz qalıb. Nəticədə vəhşi heyvan N.Muradovun sol ayağına xəsarət yetirib.
N.Muradova Oğuz Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.
Kənd sakinləri "Report"un yerli bürosuna bildiriblər ki, çaqqalların kənd ərazisində insanlara hücumu tez-tez qeydə alınır.
"Cebheinfo.az"