İrəvana qaçan seperatçılar yeni “lider” axtarırlar: Bu dəfə Xanımyanı...

Qarabağdan gedən erməni separatçları özlərinə yeni “lider “ axtarırlar.
Bu dəfə “ərazi idarəetmə və infrastruktur naziri” olmuş Hayk Xanımyan namizəd kimi ortaya çıxır.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrə istinadən yazır.Nəşrin yazdığına görə, Xanumyan həm hazırkı “prezident” Samvel Şahramanyanın tərəfdarları, həm də keçmiş “müdafiə naziri” Samvel Babayanın komandası üçün məqbul namizəddir.
Xanumyan əslən icevanlıdır və 2020-ci ilin dekabrından “nazir” postunu tutur. Qəzet xatırladıb ki, Şahramanyan hələ də “seçki”lərdə iştirakla bağlı qərar qəbul etməyib, Samvel Babayan isə artıq prezidentliyə namizəd olmaq niyyətində olmadığını bildirib. Şahramanyanın “səlahiyyət” müddəti mayın 21-də başa çatır.
Şahramanyanın istefasından sonra 7 gün ərzində namizədlər irəli sürülməlidir.Xatırladaq ki, 20 sentyabr 2023-cü ildə antiterror əməliyyatından sonra qondarma rejimin mövcudluğuna son qoyulub.
28 sentyabr 2023-cü ildə separatçı rejimin rəhbəri 2024-cü il yanvarın 1-dək bütün dövlət qurumlarının və təşkilatlarının ləğvi haqqında “fərman” imzalayıb, bundan sonra “DQR” mövcudluğunu dayandırıb.
Xəzər
“Cebheinfo.az”