İspaniyadakı elektrik probleminə görə ölənlər var

İspaniyadakı elektrik probleminə görə ölənlər var

İspaniyada elektrik enerjisinin kəsilməsi nəticəsində azı 5 nəfər ölüb.

Bu barədə “El Pais” nəşri məlumat yayıb.

“Azı beş nəfər irimiqyaslı elektrik kəsilməsi ilə bağlı üç müxtəlif səbəbə görə öldü”, - məlumatda qeyd olunub.

Belə ki, Valensiya əyalətində yerləşən Alzira şəhərinin sakini oksigen aparatının işləməməsi nəticəsində dünyasını dəyişib. Madridin cənubunda evdə baş verən yanğında isə bir qadın ölüb. Yanğına şamın səbəb ola biləcəyi deyilir.

Elektrik kəsintisi probleminə görə, daha 13 nəfərin xəsarət aldığı bildirilir.

Xatırladaq ki, aprelin 28-də İspaniyanın demək olar, bütün ərazisində elektrik enerjisinin verilişi kütləvi olaraq dayanmışdı. Eyni zamanda, oxşar hadisə Portuqaliya, Fransa və Andorrada da qeydə alınıb. Məsələ ilə bağı İspaniyanın dörd regionunda fövqəladə vəziyyət rejimi elan edilmişdir. Problemin həlli bu gün aradan qaldırılıb.

"Cebheinfo.az"