Bu ölkədə quş qripi tüğyan edir

Bu ölkədə quş qripi tüğyan edir

ABŞ-də quş qripina yoluxma halları kəskin artıb.

"Cebheinfo.az" xəbər verir ki, vrusun yayılmasından sonra ABŞ Kənd Təsərrüfatı Departamenti çiy süd emal edən bütün şirkətlərdən sınaq üçün nümunələri paylaşmağı tələb edən qaydalar tətbiq etdi, eyni zamanda ölkələrə yeni bir pandemiya təhlükəsi barədə xəbərdarlıq edildi.

ABŞ-nin fermalarında sürətlə yayılan quş qripi ilə əlaqədar səhiyyə mütəxəssisləri ölkənin yeni pandemiya təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq ediblər.

H5N1 virusunun indiyədək 1000-ə yaxın süd sürüsünü yoluxdurduğu və 70-dən çox insanın xəstələnməsinə səbəb olduğu bildirilir. “Dailymail”-in məlumatına görə, Qlobal Virus Şəbəkəsinin (GVN) ekspertləri xüsusilə intensiv kənd təsərrüfatının aparıldığı və gigiyena tədbirlərinin qeyri-kafi olduğu bölgələrdə quşçuluq sektorunun ciddi risk altında olduğunu vurğulayır.

2022-ci ildən bəri ABŞ-də 168 milyondan çox ev quşu kəsilib və ya öldürülüb, bu da yumurta qiymətlərinin artmasına səbəb olub.İnsandan insana yoluxma halları hələ müşahidə edilməsə də, ekspertlər H5N1 virusunun eyni vaxtda birdən çox virusa yoluxmuş ev sahibinin mutasiyaya uğraması və daha ciddi xəstəliyə çevrilməsi ehtimalının yüksək olduğunu vurğulayırlar. 

Quş qripindən ilk ölüm yanvar ayında Luiziana ştatında xəstəxanaya yerləşdirildikdən sonra qeydə alınıb.

Bildirilib ki, 65 yaşdan yuxarı, əsas sağlamlıq problemləri olan və quş sürüsü ilə təmasda olan bir insanın ölümündən sonra virus mutasiyaya uğrayıb və daha ciddi xəstəliyə səbəb ola bilər. 2024-cü ilin mart ayına olan məlumata görə, ABŞ-da təsdiqlənmiş 70 quş qripi hadisəsi var.

Virusun sürətlə yayıldığı deyilərkən, xüsusilə təsərrüfat işçilərinin və xəstə heyvanlarla təmasda olan insanların risk altında olduğu bildirilir.
H5N1-in ətraf mühitə yayılması mütəxəssisləri bu virusu pandemiya təhlükəsi kimi sıralamağa vadar edir.

Missuri Universitetinin virusoloqu Dr.Marc Johnson virusun fürsətdən tez istifadə etdiyini bildirir və bu xəstəliyin pandemiya olmasa belə, böyük təhlükə yaratdığını bildirir. Bundan əlavə, virusun yayılma sürətinə və mutasiya ehtimalına diqqət yetirilir.

ABŞ-də 2022-ci ildən bəri 12 875-dən çox quş və ev heyvanı yoluxmuşdur. Quş qripi 17 ştatda 1031 süd sürülərində və 14 ştatda 70 insanda aşkar edilmişdir.

Bu, ABŞ-də son iki onillikdə ən çox yoluxma halıdır. Ev quşlarından insanlara yoluxma halının hələ müşahidə edilməməsi, ancaq pasterizə olunmamış süddə virusun aşkarlanması narahatlıq doğurur.

Nigar Hacılı 
"Cebheinfo.az"