"Real"ın müdafiəçisi mövsümün qalan hissəsini buraxacaq

"Real"ın müdafiəçisi mövsümün qalan hissəsini buraxacaq

İspaniyanın "Real" klubunun almaniyalı müdafiəçisi Antonio Rudiger zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.

"Cebheinfo.az" xəbər verir ki, Rudiger "Barselona" ilə Kral Kubokunun final matçının (2:3) 111-ci dəqiqəsində dizində problem yarandığı üçün əvəzlənib.

Madrid klubu futbolçunun sol dizindəki yan menisküsün cırılması səbəbindən bu gün əməliyyat olunduğunu açıqlayıb.

“Marca”nın məlumatına görə, A.Rudigerin sağalma müddəti 6-8 həftə aralığında olacaq.

"Cebheinfo.az"