Köməkçiləri Trampın tapşırıığını qulaqardına vurur: İkinci dəfə deyəndə isə...

Köməkçiləri Trampın tapşırıığını qulaqardına vurur: İkinci dəfə deyəndə isə...

Donald Trampın köməkçiləri onun əmrlərini yalnız iki dəfə verildikdən sonra yerinə yetirirlər. 

“Cebheinfo.az” xəbər verir ki, bunu “The Atlantic” ABŞ prezidentinin ikinci müddətə qayıdışı ilə bağlı geniş məqaləsində qeyd edib.  Nəşrin yazdığına görə, bu, Trampın bəzi müşavirləri üçün onunla işləməyin qeyri-rəsmi qaydasına çevrilib. 

Trampın nitqi çox pis olduğuna görə “The Atlantic”-in mənbələrindən biri bu qaydanın zəruri və vacib olduğuna inandığını deyib. Bu strategiyanın nümunəsi kimi “The Atlantic” hər il Amerika mədəniyyətinə töhfələrə görə mükafatlar təqdim edən Kennedi Mərkəzinin işini təsvir edir. 

Ənənəvi olaraq, mükafata layiq görülənlər Prezidentlə görüşürlər. Lakin Trampın ilk dövründə bəziləri bundan imtina edib və o, öz növbəsində orada bir dənə də olsun tədbirə qatılmayıb. 

“The Atlantic”-in yazdığına görə, kinci müddətində Tramp özünü Kennedi Mərkəzinə sədr təyin etməyi düşünür. Bu vəzifəni milyarder xeyriyyəçi Devid Rubenşteyn tuturdu və Tramp müşavirə göstəriş verib: “Devid Rubenşteynə zəng edin və işdən çıxarıldığını deyin”.

Lakin prezidentin köməkçiləri yalnız Tramp Kennedi Mərkəzinin sədri olmaq arzusunu bir daha qeyd etdikdə işə başlayıblar. Fevralın əvvəlində Tramp idarə heyətinin əksəriyyətini işdən çıxarıb və özünü sədr təyin edib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”