Yunanıstan Türkiyəyə qarşı hərəkətə keçdi

Yunanıstan Türkiyəyə qarşı hərəkətə keçdi

Yunanıstan 2026-cı il üçün müdafiə xərclərini Aİ-nin büdcə qaydalarından azad etmək üçün Avropa Komissiyasına müraciət edəcək.

"Cebheinfo.az" xəbər verir ki, 12 il ərzində “xüsusilə Türkiyəyə qarşı” müdafiəyə 26 milyard avro xərcləməyə hazırlaşan Mitsotakis hökuməti bu böyük məbləği qarşılamaq üçün bütün imkanlara çalışır.

Maliyyə naziri Kyriakos Pierrakakis çərşənbə axşamı bildirib ki, ölkəsi 500 milyon avro dəyərində müdafiə xərclərinin büdcə qaydalarından çıxarılması üçün həmin gün rəsmi müraciət edəcək.

Pierrakakis qeyd edib ki, bu məbləğ Yunanıstanın Ümumi Daxili Məhsulunun 0,3 faizindən də azdır.

"2025-ci ildən 2026-cı ilə qədər planlaşdırılan artım təxminən yarım milyard avro təşkil edir. Bu artım həm də sonrakı illəri əhatə edir. Hökumət olaraq təqdim etdiyimiz çox spesifik müdafiə xərcləri proqramımız var", - nazir Pierrakakis ictimai yayımı ERT-yə deyib.

Pierrakakis əlavə edib ki, 2026-cı il büdcəsinə daxil edilən bu 500 milyon avro xərcləmə qaydalarının hesablanmasına daxil edilməyəcək.

Bu yolla Yunanıstan Avropa fondlarından aldığı dəstəyi müdafiə fondlarından ayrı saxlayaraq əlavə dəstək alacaq.

Nigar Hacılı 
"Cebheinfo.az"