Ankarada Türkiyə–ABŞ Müdafiə Qrupu Toplantısı keçirilib

Ankarada Türkiyə–ABŞ Müdafiə Qrupu Toplantısı keçirilib

Ankarada Türkiyə Respublikası – Amerika Birləşmiş Ştatları Yüksək Səviyyəli Müdafiə Qrupu Toplantısı keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyə MN məlumat yayıb.

Qeyd olunub ki, tərəflər iki ölkə arasında bu yaxınlarda ən yüksək səviyyədə ifadə olunan səmimi dialoqu daha da inkişaf etdirmək arzusu ilə müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığın müxtəlif aspektlərinin dərinləşdirilməsi imkanlarını müzakirə edib, regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıb və strateji tərəfdaşlığı daha da gücləndirmək əzmində olduqlarını bir daha vurğulayıblar.

Nazirlikdən növbəti görüşün gələn il ABŞ-də keçiriləcəyi bildirilib.

"Cebheinfo.az"