1 kq arıqlamaq üçün: Bu müddət lazımdır - HƏKİM

“Müəyyən qaydalara əməl etsəniz, bədəninizə təsir etmədən arıqlaya bilərsiniz. Həftədə 10 kq arıqlaya biləcəyiniz iddialarının çox vaxt reklam hiyləsi olduğunu başa düşmək vacibdir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu "Şər Doktor Filatov" “Telegram” kanalının müəllifi deyib.
“Əgər sizə bir həftə ərzində 10 kq arıqlayacağınız vəd olunursa, bu mütəxəssisdən qaçın”,- deyə həkim qeyd edib.
O, 1 kq yağın 8300 kalori olduğunu deyib: "Hər gün 300 kalori çatışmazlığı yaratsanız, bu, demək olar ki, 1 ay çəkəcək. Qalanı artıq maye kimi gedəcək və bildiyimiz kimi, maye yağ deyil",-deyə həkim bildirib.
Xəzər
“Cebheinfo.az”