Saat hesabı iş zamanı maaş nə qədər olacaq? - “1 saat üçün 2 manat 40 qəpik...”

Saat hesabı iş zamanı maaş nə qədər olacaq? - “1 saat üçün 2 manat 40 qəpik...”

“Saatlıq əməkhaqqına gəlincə,əməyin ödənişinin minimal, yəni saatlıq həddi kimi bir sistem tətbiq olunmurdu. İndiyədək əməyin ödənişinin minimal həddi aylıq müəyyən edilirdi. Bu ildən 400 manat”.

Bu sözləri "Yeni Sabah"a "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib.

O qeyd edib ki, saatlıq iş rejimi muzd, yaxud vaxta muzd sistemdə işləyənlərə aid olmayacaq:

“Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər arasında uzaq məsafədən iş və digər hallarla bağlı məsələlər var. Saatlıq əməkhaqqına gəlincə, əməyin ödənişinin minimal, yəni saatlıq həddi kimi bir sistem tətbiq olunmurdu. İndiyədək əməyin ödənişinin minimal həddi aylıq müəyyən edilirdi. Bu ildən 400 manat.

Məcəlləyə əsasən, ixtisası olmayan işçiyə, ölkədəki sosial-iqtisadi şərait də nəzərə alınmaqla, müəyyən olunan ən aşağı ödəniş sistemi bu idi. Bundan aşağı olmazdı. İşçi 1 iş ayını bütöv işləyibsə, ona 400 manatdan aşağı ödəniş etmək olmaz. İndi isə bunu saatlıq rejimə keçirmək istəyirlər. Yəni məsələn, 1 iş ayını da saatlara böləndə təxminən 167-168 saat edir. 400 manatı 167-yə böldükdə, 1 saat üçün 2 manat 40 qəpik ödəniş alınır.

Tutaq ki, işçi bütöv iş günü işləmir, 5 saat işləyir. Həmin 5 saat 2 manat 40 qəpiyə vurulur. 400 manatdan yuxarı əməkhaqqı olanlara, işə muzd, yaxud vaxta muzd sistemdə işləyənlərə aid olmayacaq”.

Sahib Məmmədov bildirib ki, saatlıq əməkhaqqı rejimi gələcək üçün işçinin işəgötürənlə qısa müddət işləyib, saat hesabı alması üçün sərf edən bir variantdır:

“Tutaq ki, kiminsə vəzifə-tarif maaşı 1000 manat idisə, o, saatlıq əməkhaqqı sisteminə keçdikdən sonra da 1000 manatını alacaq. Bu gələcək üçün işçinin işəgötürənlə qısa müddət işləyib, saat hesabı alması üçün sərf edən bir variantdır. Yəni bu elə də ciddi dəyişikliyə gətirməyəcək. Məsələn, kimsə büdcə təşkilatında, yaxud dövlət qulluğunda işləyir və vəzifə-tarif maaşı alır. Onda heç bir dəyişiklik baş verməyək. O, gəlib 8 saat işləyir və ayın sonunda standart maaşını alacaq”.

"Cebheinfo.az"