Makron: "Ukraynanın müttəfiqləri Rusiyaya təzyiqi artıracaqlar"

Ukraynanın Qərb müttəfiqləri Moskvanı atəşkəslə razılaşmağa sövq etmək üçün yaxın günlərdə Rusiyaya təzyiqləri artırmağı planlaşdırırlar.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bəyan edib.
“Paris Match”a müsahibəsində Makron ümid etdiyini bildirib ki, tərəflər indi həmişəkindən daha çox atəşkəsə yaxınlaşıb, lakin “ayıq-sayıq qalmalıdırlar”, çünki “tənliyin bir hissəsi” Moskvadan asılıdır.
“Yaxın 8-10 gün ərzində biz Kremlə təzyiqləri artıracağıq. Yalnız Ukraynaya təzyiq göstərmək düzgün deyil”, - Makron qeyd edib.
Fransa prezidenti Moskvaya “artan təzyiqlərin” konkret olaraq nədən ibarət olacağı barədə ətraflı məlumat verməyib.
"Cebheinfo.az"