“Barselona” oyunu öncəsi “İnter”də ciddi itki

“İnter” yaxın zamanda Benjamen Pavarın xidmətindən yararlana bilməyəcək.
"Cebheinfo.az" xəbər verir ki, müdafiəçi həftəsonu “Roma” ilə keçirilən oyunda (0:1) sol topuq nahiyəsindən zədələnib.
“La Gazzetta dello Sport”un məlumatına görə, o, Çempionlar Liqasının “Barselona”ya qarşı ilk yarımfinal oyununda iştirak etməyəcək.
“Barselona” – “İnter” oyunu 30 aprel Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
"Cebheinfo.az"