Sumqayıtda arvad ərini bıçaqladı

Sumqayıtda arvad ərini bıçaqladı

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Vüsal Kərimbala oğlu İmanov həyat yoldaşı 1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova tərəfindən bıçaqlanıb və dərhal xəstəxanaya çatdırılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1988-ci il təvəllüdlü şəxs (kişi cinsli) aprelin 28-i, saat 10:00-da Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub.

"Döş qəfəsinin orta səthinin boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardım göstərilib.

Zəruri tibbi yardımlardan sonra vətəndaş öz iltizamnaməsi əsasında saat 12:50 radələrində ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.

"Cebheinfo.az"