Şamaxıda ər arvadını qəbiristanlıqda qətlə yetirib - YENİLƏNİB

Şamaxıda ər arvadını qəbiristanlıqda qətlə yetirib - YENİLƏNİB

Şamaxıda arvadını qətlə yetirməkdə şübhəli bilinən Vüsal Hidayətov saxlanılıb.

APA-nın xəbərinə görə, rayon sakini Vüsal Hidayətov həyat yoldaşı Sevda Hidayətovanı qətlə yetirməkdə şübhəli bilinir.

Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.

V. Hidayətov saxlanılaraq istintaqa təhvil verilib.

***

15.27

Şamaxıda qətl hadisəsi baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, ər arvadını şəhər qəbiristanlığında öldürüb.

Fakt araşdırılır.

"Cebheinfo.az"