Gülnarə Kərimova həbsdən azad edilib?

Gülnarə Kərimova həbsdən azad edilib?

Özbəkistanın Ali Məhkəməsi keçmiş prezidentinin böyük qızı Gülnarə Kərimovanın həbsdən azad olunması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatı təkzib edib.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, Kərimova 2015-ci ilin avqustunda hədə-qorxu ilə tələb etmə və vergidən yayınma ittihamı ilə təqsirli bilinib, 2017-ci il dekabrın 18-də isə başqa bir iş üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci ilin martında Daşkənd Şəhər Cinayət Məhkəməsi cinayət birliyi yaratmaq, hədə-qorxu ilə tələb etmə və oğurluq maddələri ilə bağlı yeni cinayət işində Kərimovanın həbs müddətini 13 il 4 aya qədər artırıb. O, cəzasını Daşkənd vilayətindəki qadın həbsxanasında çəkir.

"Cebheinfo.az"