Türkiyəli spiker dağıdıcı zəlzələyə hazır olmağa çağırıb

Türkiyəli spiker dağıdıcı zəlzələyə hazır olmağa çağırıb

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş dağıdıcı zəlzələyə hazır olmağa çağırıb.

"Cebheinfo.az" Türkiyə KİV-nə istinadən xəbər verir ki, N.Kurtulmuş yaxın gələcəkdə güclü təbii fəlakət baş verə biləcəyini qeyd edib.

"İstanbulda gözlənilən zəlzələ az qala yaxındadır. Qurumlarımız, millətimiz, hamımız mümkün zəlzələni ən az itki ilə sovuşdurmağa hazır olmalıyıq", - "Habertürk" onun sözlərindən sitat gətirib.

Türkiyəli siyasətçinin sözləri bu gün İstanbulda 6,2 bal gücündə baş verən yeraltı təkanlar fonunda səslənib.

"Cebheinfo.az"