Qaradağda su basan qəbiristanlıqdan - VİDEO

Qaradağda su basan qəbiristanlıqdan - VİDEO

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində qəbiristanlığı su basıb. 

Bununla bağlı “Qafqazinfo”ya həmin qəsəbədə yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, ötən həftə yağan intensiv yağışdan sonra qəbiristanlıq tamamilə suyun altında qalıb. 

Sakinlər, həmçinin ərazidən videogörüntülər yollayıblar. Həmin videodan da məzarların su altında qaldığı aydın olur. 

Problemlə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: “Güclü külək və leysan yağışları nəticəsində Qaradağ rayonunun Sahil qəsəbə inzibati ərazi dairəsində yerləşən qəsəbə qəbiristanlığını su basıb. Yağış suları subasmış ərazilərdən Qaradağ Rayon İcra Hakimiyyəti və Sahil bələdiyyəsi tərəfindən cəlb edilmiş xüsusi aqreqatlar və nasoslar vasitəsilə çəkilib”.

"Cebheinfo.az"