Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi

Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət polkovniki Rəfail İslam oğlu Rəcəbov tutduğu vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

R.Rəcəbovun yerinə hələki təyinat olmayıb. Təyinat olana kimi isə onu Elçin Nadir oğlu Səfərli əvəz edəcək.

"Cebheinfo.az"