NATO-nun Baş katibi Amerikaya səfər edəcək

NATO-nun Baş katibi Mark Rutte 24 və 25 aprel tarixlərində ABŞ-a səfər edəcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə NATO-nun saytında məlumat dərc edilib.
Qeyd edilib ki, Rutte ABŞ-ın dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Hegset və milli təhlükəsizlik üzrə müşavir Mayk Uoltz ilə görüşəcək.
"Cebheinfo.az"