Avropada ən çox dövlət borcu olan ölkələr hansılardır?

Avropada ən çox dövlət borcu olan ölkələr hansılardır?

Keçən ilin dördüncü rübünün sonuna olan məlumatlara əsasən, Avropa İttifaqında (Aİ) ən yüksək dövlət borcu Yunanıstanda qeydə alınıb və ÜDM-in 153.6%-inə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Eurostat" məlumat verib.

İkinci yerdə dövlət borcu ÜDM-in 135.3%-ni təşkil edən İtaliyadır. İkinci yerdə 113%-lə Fransa, üçüncü yerdə isə 104.7%-lik göstərici ilə Belçikadır. İspaniyada dövlət borcu ÜDM-in 101.8%-ə çatıb.

Ən az dövlət borcu olan ölkələrə gəlincə, Estoniya birinci yerdədir (23.6%). Bundan əlavə, ən aşağı göstəricilər Bolqarıstanda (24.1%), Lüksemburqda (26.3%), Danimarkada (31.1% və İsveçdə (33,.5%) qeydə alınıb.

Ümumiyyətlə, 2024-cü ilin dördüncü rübünün sonunda Avropada dövlət borcunun ÜDM-ə nisbəti 87.4%, üçüncü rübün sonunda isə 88.1% təşkil edib. Aİ üçün bu rəqəm 81% olub.

"Cebheinfo.az"