Ali məktəblərə keçid balları açıqlandı

Ali məktəblərə keçid balları açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib.

“Cebheinfo.az” xəbər verir ki, jurnalın bu nömrəsində 2024-cü ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, qəbul imtahanlarında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr Azərbaycan və rus dillərində dərc edilib. 

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytından və “Wolt” mobil tətbiqindən sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M

Nigar
“Cebehinfo.az”