Bu ölkədə qızılca tüğyan edir

ABŞ-nin Texas ştatında qızılcaya yoluxanların sayının 624-ə çatdığı bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin Texas ştatının qərb hissəsini təsir edən qızılca epidemiyasında yoluxma hallarının sayının 624-ə yüksəldiyi, son 5 gündə 27 yeni yoluxma halının olduğu bildirilib.
Dünən Texas Dövlət Səhiyyə Xidmətləri Departamentinin (DSHS) açıqladığı məlumatlara görə, hadisələrin demək olar ki, hamısı peyvənd olunmamış və ya peyvənd statusu bilinməyən insanlar arasında baş verib.
Səlahiyyətlilər tərəfindən edilən açıqlamada, epidemiyanın yayılmasına nəzarət etmək üçün yerli səhiyyə idarələri ilə işlərin davam etdiyi qeyd edildi.
Nigar Hacılı
"Cebheinfo.az"