Bu ölkədə dövlət çevrilişinə CƏHD

Burkina Fasoda (Fil Dişi Sahili) dövlət çevrilişinə cəhdin qarşısının alındığı açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, təhlükəsizlik naziri Mahamadou Sana dövlət televiziyası ilə aprelin 16-da Prezident Sarayına planlaşdırılan hücumun qarşısının alındığını açıqlayıb.
Sana Fil Dişi Sahilində hücuma hazırlıq görüldüyünü və hadisədə iştirak edən bəzi zabitlərin Abidcana qaçdığını bildirib. Sana hadisə ilə bağlı bəzi şəxslərin həbs edildiyini, lakin cəhdi planlaşdıranların Fil Dişi Sahilində olduğunu vurğulayıb. Hadisə ilə bağlı istintaq davam edir.
Nigar Hacılı
"Cebheinfo.az