İran ABŞ-nin son sanksiyalarını tənqid edib

İran ABŞ-nin son sanksiyalarını tənqid edib

Rəsmi Tehran ABŞ-nin İranın enerji, neft və qaz sektorları ilə əlaqəli bir sıra fiziki, habelə hüquqi şəxslərə, eləcə də ölkənin dinc nüvə proqramında iştirak edənlərə qarşı yönəlmiş son sanksiyalarını qətiyyətlə pisləyib.

“Report” “Mehr” agentliyinə istnadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai aprelin 23-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, belə tədbirlər qanunun aliliyi və azad ticarətin təməllərini zəiflədir.

Mətbuat katibi əlavə edib ki, İran iqtisadiyyatının və ticarətinin müxtəlif sektorlarına qarşı sanksiyaların davam etdirilməsi ABŞ-nin dialoq və danışıqlara can atması barədə bəyanatlarına birbaşa zidd olan qanunsuz, təhqiredici aktdır.

Xatırladaq ki, aprelin 21-də ABŞ Maliyyə Nazirliyi İranın iki vətəndaşı və 12 şirkətinə sanksiyalar tətbiq edib.

"Cebheinfo.az"