Kəlbəcərdə ağır qəza: Ölən var

Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, “KİA” markalı avtomobil qarşıdan gələn betonqarışdıran avtomobillə toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Azad Zeynalov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"