Cüdoçumuzdan bürünc medal

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
"Cebheinfo.az" xəbər verir ki, təmsilçimiz üçüncü yer uğrunda görüşdə ispaniyalı Fransisko Qarriqosa ipponla qalib gəlib.
Bu, Azərbaycan cüdoçularının turnirdə qazandığı ilk mükafat olub.
Avropa çempionatında ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
"Cebheinfo.az"