Yüz minlərlə azərbaycanlının öldürüldüyü məşum dövr: Onu tənqid etmək səhv imiş?

Yüz minlərlə azərbaycanlının öldürüldüyü məşum dövr: Onu tənqid etmək səhv imiş?

Rusiya Federasiyası Kommunist Partiyası Sov.İKP MK-nın birinci katibi Nikita Xruşşovun partiyanın 20-ci qurultayında İosif Stalinin şəxsiyyətə pərəstişini pisləyən məruzəsini “səhv” adlandırıb.

KXCP-nin Moskva vilayətində keçirilən qurultayında qəbul edilmiş qətnaməsində Xruşşovun “Şəxsiyyət kultu və onun nəticələri haqqında” məruzəsini “səhv və siyasi qərəzli” adlandırmağın zəruriliyi göstərilir. Bir gün əvvəl “İnterfaks” əlində olan qətnamə layihəsinin mətninə istinadla bildirmişdi ki, sənəd Stalinə münasibətdə “tam tarixi ədaləti bərpa etmək” məqsədi daşıyır.

“Cebheinfo.az” xəbər verir ki,  agentlik əlində olan qətnamə layihəsinə istinadən yazır: 

“Xruşşovun Sov.İKP-nin 20-ci Qurultayının qapalı iclasında təqdim etdiyi məruzədə “Stalinə qarşı saxtalaşdırılmış faktlar və saxta ittihamlar var, onun dövlət və partiya fəaliyyəti haqqında həqiqətləri təhrif edir”.

Kommunistlər Volqoqrad və Volqoqrad vilayətinin əvvəlki adlarına – “Stalinqrad və Stalinqrad vilayəti”nə qaytarılması üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət etmək niyyətlərini də açıqlayıblar.

Son illər Rusiyanın onlarla şəhərində Stalinin abidələri peyda olub. May ayında Moskva metrosunda sovet diktatoru ilə heykəltəraşlıq kompozisiyasının açılışı olub. Eyni zamanda, Stalin repressiyaları qurbanlarının xatirəsinə ucaldılmış abidələr dağıdılır. Aprel ayında Volqoqrad hava limanının adı dəyişdirilərək "Stalinqrad" adlandırılıb.

Xatırladaq ki, 1956-cı il fevralın 25-də Nikita Xruşşov Sov.İKP-nin 20-ci qurultayının nümayəndələrinin qapalı iclasında “Şəxsiyyətə pərəstiş və onun nəticələri haqqında” məruzə ilə çıxış edərək, Stalinist rejimin bir sıra cinayətlərini sadaladı və onların “bir şəxsin istəyi ilə” törədildiyini bildirib. Xruşşovun məruzəsindən sonra  düşərgələrdən milyonlarla siyasi məhbusun azad edilməsi prosesi intensivləşdi.

Xruşşovun məruzəsi Stalinin şəxsiyyətə pərəstişin ifşasının başlanğıcı oldu, amma əslində bu proses sonralar baş verdi. Belə ki, 1961-ci ildə Sov.İKP-nin 22-ci qurultayından sonra sovet diktatorunun cənazəsi Mavzoleydən götürüldükdən sonra onun adı yaşayış məntəqələrinin və küçələrin adlarından silindi, abidələr söküldü.

Stalin repressiyalarının qurbanlarının sayı ilə bağlı hələ də dəqiq məlumat yoxdur. “Memorial” insan haqları cəmiyyəti ən azı 12 milyon insanın,  QULAQ (1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu idi-red.) Tarixi Muzeyi isə 20 milyon nəfərin repressiyaya məruz qaldığını bildirir.

Azərbaycan da Stalin repressiyasından xilas ola bilməyib. İnsanların "əksinqilabçı”, "trotskiçi”, "casus”, "millətçi”, "üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə məhv edilməsi Stalinin, Beriyanın və onların əlaltılarının bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. Repressiya illərində SSRİ-də ümumilikdə 1575259 adam həbs edilob. 

Onlardan 173382 nəfəri guya "əksinqilabi” iş apardığına görə cəzaya məruz qalıb, 1344923 nəfər məhkum edilmiş, 681692 nəfər isə güllələnib.

Repressiya illərində Azərbaycan ərazisində 100 mindən çox ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi Sibirə, Qazaxıstana və uzaq adalara sürgünə göndərilib. Bu, bir faktdır ki, əhalinin hər 1000 nəfərinə düşən repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində birinci yerdə durub.  1920-ci illərdə birmənalı olaraq "əksinqilabçı” adı ilə cümhuriyyətçilər, yaxud müsavatçı və ittihadçılar məhv edilir, həbs olunub Solovki adalarına göndərilirdisə, 37-ci il repressiyası daha ağır olub. Bu mərhələdə insanlar "xalq düşməni”, "pantürkist”, "panislamist”, "sui-qəsdçi” adları altında məhv ediliblər.

Azərbaycanda ümumilikdə 1930-1940-cı və 1950-ci illərin əvvəllərində 80 mindən çox adam repressiya edilib ki, bunun da 29 mini iyalılardır.

Təkcə 1937-ci ildə 16 Azərbaycan generalı qətlə yetirilib. Azərbaycanın Qazaxıstandakı səfirliyinin məlumatına görə, Stalin repressiyaları illərində Qazaxıstanda150 min azərbaycanlı öldürülüb, onlardan 28 min nəfəri məhkəmə və istintaq olmadan güllələnib.

Xəzər
“Cebheinfo.az”