ABŞ-də vəziyyət gərginləşir: Mask elə bir addım atdı ki...

ABŞ-də siyasi vəziyyət getdikcə gərginləşəcək.
Hazırda həmin ölkədə cərayan edən siyasi proseslər göstərir. Xüsusilə Donald Trampın prezident seçilməsinə maddi cəhətdən hərtərəfli dəstək olmuş və onun seçkidən sonrakı islahatlarının bir çoxunda yaxından iştirak etmiş “Tesla” yaradıcısı, iş adamı İlon Maskın davranışları bunu deməyə əsas verir.
Donald Tranpla yollarını ayırdıqdan sonra hər kəs Maskın necə davranacağını, siyasi fəaliyyətə başlayıb-başlamayacağı, yoxsa ancaq maliyyə işləri ilə mə.ğil olacağını müzakirə edirdi. İndi isə məlum olub ki, Mask aktiv siyasətə atılır. Üstəlik bu dəfə Trampın kölgəsində və onun dəstəkçisi kimi yox, özü müstəqil şəkildə.
“Cebheinfo.az” xəbər verir ki, “Siz yeni siyasi partiya istəyirsiniz və onu əldə edəcəksiniz!”, - deyə milyarder İlon Mask sosial şəbəkədə yazıb.
“Ölkəmizi israfçılıq və rüşvətxorluqla müflis etmək məsələsinə gəlincə, biz demokratiya deyil, təkpartiyalı sistemdə yaşayırıq. Bu gün Amerika Partiyası sizə azadlığınızı geri qaytarmaq üçün yaradılıb”, - o qeyd edib.
Görünən odur ki, Maks bu partiya ilə aktiv siyasətlə məşğul olmaq niyyətindədir. Partiyaya olan marağın necə olacağını, Maksin siyasi mövqeyinin ABŞ cəmiyyətində rəğbət görüb-görməyəcəyi yaxın zamanda məlum olacaq.
Xatırladaq ki, seçkidən cəmi bir neçə ay sonra Tramp administrasiyasından uzaqlaşaraq,“Hökumətin Səmərəliliyi Departamenti”nin rəhbəri postunu tərk edən Mask hətta yeni büdcə ilə bağlı sosial şəbəkələrdə Trampın özü ilə qızğın çəkişmələrə girmişdi. Bu çəkişmə bu həftə yenidən başlayıb, lakin bu müzakirələr büdcənin Konqresdən keçməsinə mane olmadı. Tramp cümə günü, yəni Amerikanın Müstəqillik Günündə sənədi imzaladı.
Mask güman edir ki, Tramp büdcəni israfçılıqla xərcləyir və dövlət borcunu artırır:
“Ölkəmizi pis idarəçilik və korrupsiya ilə məhv etməkdən söhbət gedirsə, biz demokratiya deyil, təkpartiyalı sistemdə yaşayırıq”.
Xatırladaq ki, 19-cu əsrin ortalarından etibarən ABŞ-də Demokratik və Respublikaçı partiyalar növbə ilə hakimiyyətdə olsalar da, ölkədə başqa partiyalar da var. Maskin yeni partiyasının siyasi sistemdə rolunun necə olacağı hələlik naməlumdur, amma onun Respublikaçılar, yaxud Demokrat partiyalarını üstələyəcəyi indilik o qədər də real görünmür.
Mask ABŞ-dən kənarda doğulduğu üçün özü prezidentliyə namizəd ola bilməyəcək. Amma partiyasının gələcək seçkilərdə öz namizədi ilə çıxış eməsi, yaxud namizədlərdən birini aktiv şəkildə dəstəkləməsi mümkündür.
Xəzər
“Cebheinfo.az”