Birləşmə məsələsi ortaya çıxdı: Pasport verilməsi dayandırıldı

Rusiyalılara Qırğızıstan vətəndaşlığının verilməsi dayandırılıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Qırğızıstan pasportu üzrə məsləhətçi Mixail Juxovitski özünün teleqram kanalında bildirib. O qeyd edib ki, yanvarın 24-dən sonra verilən ərizələr üçün pasportlar alına bilməz.
Bu ilin yanvarından Daxili İşlər Nazirliyi bir nəfərin də ərizəsini təsdiq etməyib. Bunun səbəbləri hələ bəlli deyil və rəsmən məlumat verilməyib.
"Cebheinfo.az" xatırladır ki, Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi başlanandan bəri bir çox rusiyalı biznesmen və məşhurlar Qırğızıstan pasportu alıblar. Buna Qırğızıstan Prezidenti Sadır Japarovun 2022-ci ildə imzaladığı fərman imkan yaradıb. Mətbuat yazırdı ki, Moskva sakinləri Qırğızıstan pasportları almağa can atırlar. Qırğızıstan Prezidentinin vətəndaşlığa qəbulla bağlı ərmanında onlarca rusiyalının adları yer alır.
"Bunların yarısı Moskva sakinləridir, digər yarısı isə Rusiyanın başqa regionlarını təmsil edir”,-deyə Rusiya mətbuatı yazırdı.
Sözügedən fərmandakı ilginc adlar da vardı:Tverin keçmiş qubernatoru Dmitri Zelenin, Rusiya hökumətinin ali məktəblərdəki səlahiyyətli nümayəndəsi Mixail Barşevskinin qızı Natalya Barşevskaya, habelə Bitzlato kriptobirjasının sahibi Anton Şkurenko, “Aromatnı mir” firmasının sahibəsi Valeriya Zadorina və oğulları Aleksandrls Mixail. Bugünlərdə isə başqa bir maraqlı məlumat yayılıb.
Bildirilib ki, Qırğızıstan Rusiya və Belarus İttifaq Dövlətinə qoşulmaq məsələsini müzakirə edir. Bunu Qırğızıstan Ticarət və Sənaye Palatasının rəhbəri Temir Sariyev bu barədə Sankt-Peterburq İqtisadi Forumunda çıxışı zamanı bəyan edib.
Belə məlumatların yayıldığı bir zamanda rusiyalılara Qırğızıstan vətəndaşlığının verilməsinin dayandırılması xeyli maraqla qarşılanıb.
Xəzər
"Cebheinfo.az"