Paşinyan: “Yeni konstitusiyaya ehtiyacımız var”

“Ermənistanın yeni konstitusiyaya ehtiyacı var və bu bugünkü Ermənistan reallığını özünə təmin etməlidir”.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin konstitusiya günündə çıxışı zamanı deyib:
“Ermənistana referendumla təsdiqlənəcək və xalq tərəfindən qəbul ediləcək yeni Konstitusiya lazımdır”.
Paşinyan bildirib ki, konstitusiya ilə “real Ermənistan” ideologiyası kəsişir. Buna görə də, ölkənin hazırkı şəraitini əks etdirən konkret məqsədləri olan yeni konstitusiya labüddür.
"Cebheinfo.az"