Avtobusun vurduğu qadın öldü

Mingəçevirdə avtobusun vurduğu 53 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.
"Report"un Qərb bürosunun məlumatına görə, bir neçə gün əvvəl şəhər ərazisində avtobus 1972-ci il təvəllüdlü Mətanət Hacıyevanı vurub.
O, ağır halda xəstəxanaya yerləşdirilib və reanimasiya şöbəsində müalicə olunub.
Lakin göstərilən tibb yardımlara baxmayaraq bu gün dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"