Sel 24 nəfərin həyatına son qoydu

ABŞ-ın Texas ştatında güclü yağışlar və Qvadelupa çayının daşması nəticəsində baş verən daşqınlarda azı 24 nəfər həlak olub.
"Cebheinfo.az" xəbər verir ki, Houston şəhərində keçirilən mətbuat konfransında danışan Texas qubernatorunun müavini Dan Patrick, Hill County bölgəsində düşərgə edərkən selə düşən 20 uşaqdan xəbər alınmadığını bildirərək, “Bu, onların itkin düşdüyü anlamına gəlmir, bəlkə də ağacların üstündədirlər və ya sadəcə əlaqə zonasından kənardadırlar”, - deyə əlavə edib.
Qız uşaqlarına xüsusi olaraq təşkil edilmiş xristian yay düşərgəsində baş verən “fəlakət səviyyəsindəki sel” səbəbilə Texas qubernatorunun müavini Dan Patrick Camp Mysticdə 14 helikopter, 12 dron və müxtəlif fövqəladə hallar qruplarından ibarət 500 nəfərin axtarış-xilasetmə işlərinə cəlb olunduğunu bildirib.
Texas Milli Qvardiyası isə sosial media hesabında paylaşdıqları məlumatda axtarış-xilasetmə işlərinə fəal şəkildə qatıldıqlarını qeyd edib.
Texas qubernatoru Qreq Abbott “X” hesabında etdiyi paylaşımda dağıdıcı selə qarşı mübarizə üçün bütün resursların səfərbər edildiyini bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"