Makqreqor Ağ Evdə keçiriləcək UFC döyüşündə iştirak etmək istəyir

Qarışıq döyüş sənəti ustası, Mütləq Döyüş Çempionatının (UFC) keçmiş çempionu, irlandiyalı Konor Makqreqor Ağ Evdə UFC döyüşündə iştirak etmək istədiyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, o, bununla bağlı niyyətini "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Prezident Trampın Ağ Evdə UFC döyüşünün keçiriləcəyini elan etməsindən məmnunam. Bu mənim üçün şərəf olacaq! Məni qeyd edin!" - idmançı bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun 4-də bəyan edib ki, gələn il ölkənin müstəqilliyinin 250 illiyini münasibətilə Ağ Evdə UFC döyüşü keçiriləcək. Bununla belə, Tramp yarışın dəqiq tarixini və kimlərin iştirak edəcəyini deməyib.
"Cebheinfo.az"