Ər-Riyaddan Moskvaya birbaşa uçuşlar başlayır

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviatsiya”), Səudiyyə Ərəbistanının aşağı büdcəli “Flynas” hava yolları şirkətinə Ər-Riyad-Moskva arasında müntəzəm reyslər həyata keçirmək icazəsi verib.
"Cebheinfo.az" xəbər verir ki, 1 avqustdan başlayacaq uçuşlar 25 oktyabra qədər həftədə dörd dəfə həyata keçiriləcək. “Airbus A-320” tipli təyyarələrlə baş tutacaq bu reyslər iki ölkə arasında hava əlaqəsini yenidən bərpa edəcək.
Bu inkişaf Rusiyanın Yaxın Şərq ölkələri ilə hava əlaqələrini artırmaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Keçən ilin iyun ayında Birləşmiş Ərəb Əmirlikləri mərkəzli “Air Arabia” hava yolu şirkəti də “Şarca-Soçi” arasında həftədə altı gün (bazar günündən başqa) müntəzəm uçuşlara başlamışdı.
“Airbus A-320” təyyarələri ilə həyata keçirilən bu reyslər Rusiya turistlərinin bölgəyə çıxışını asanlaşdırmaq məqsədi daşıyır.
Nigar Hacılı
"Cebheinfo.az"