"Kəpəz" yeni transferini açıqlayıb

"Kəpəz" yeni transferini açıqlayıb

"Kəpəz" yeni futbolçu transferini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Şakir Seyidov növbəti dəfə bölgə klubunda çıxış edəcək. Müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, oyunçu 2023/2024 mövsümündə də "Kəpəz"in formasını geyinib. Həmin dövrdə "Sabah"dan icarəyə götürülmüş futbolçu 28 matçda 1 qola imza atıb. Ş.Seyidovun son klubu da "Sabah" olub.

"Cebheinfo.az"