Rusiyada vətəndaşlığı alınan azərbaycanlı diaspor rəhbəri danışdı

Xəbər verdiyimiz kimi, Rusiyanın Moskva vilayətində Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimov bu ölkənin vətəndaşlığından çıxarılıb.
"Cebheinfo.az" xəbər verir ki, məsələ ilə bağlı Elşən İbrahimov Globalinfo.az -a xəbəri təsdiqləyib.
“Üzrlü sayın, hələlik bu barədə ətraflı nəsə deyə bilməyəcəm. Azərbaycana qayıtdıqda ətraflı danışacam. İndi danışmamağım məsləhətdir”.
Elşən İbrahimov 1998-ci ildən Rusiyada yaşadığını bildirib.
"Cebheinfo.az"