Silah zorakılığı dialoqla əvəzlənsin - Roma Papası

Silah zorakılığının dialoq axtarışı ilə əvəzlənməsi üçün dua edək.
Modern.az xəbər verir ki, bu fikri Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ənənəvi “Angelus” duası zamanı səsləndirib.
“Sülh bütün xalqların arzusudur və müharibə nəticəsində parçalanmış insanların ağrılı fəryadıdır. Tanrıdan silah zorakılığının dialoq axtarışı ilə əvəz edilməsi üçün ürəklərə toxunmasını və hökumətlərin zehnini ruhlandırmasını diləyirik”, - o deyə bildirib.
Papa Leo, həmçinin Texasdakı daşqın qurbanları ilə bağlı başsağlığı verib, təbii fəlakətdən əziyyət çəkənlər üçün dua edib.
"Cebheinfo.az"