“Zelenskinin istefası Rusiyanın tələbi deyil”

“Volodimir Zelenskinin istefası Rusiyanın Ukraynadakı münaqişənin həlli ilə bağlı tələbləri sırasında deyil”.
Bunu Fransanın “Le Point” nəşrinə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, bizim tələblərimizdən biri deyil, amma bu gün Zelenski ilə saziş imzalansa belə, insanlar sonradan Ukraynaya çıxıb onun legitimliyini qanuni olaraq şübhə altına ala bilərdilər”, - o vurğulayıb.
Qeyd edək ki, 20 may 2024-cü ildə Zelenskinin Ukrayna prezidenti kimi 5 illik səlahiyyət müddəti başa çatıb. Ölkə konstitusiyasına görə, yeni dövlət başçısı seçilməli və and içməlidir, lakin Ukraynada hərbi vəziyyət hökm sürdüyü üçün seçkilər baş tutmayıb.
"Cebheinfo.az"