Zəlzələ sonrası insanlar küçələrə axışır

İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra vətəndaşlar küçələrə axışıb.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, episentri Mərmərə dənizi və İstanbulun Silivri bölgəsində olan 6,2 bal gücündə zəlzələ İstanbul ilə yanaşı ətraf vilayətlərdə də hiss olunub.
Zəlzələdən sonra bütün şəhərdə vətəndaşlar küçələrə axışıb. Vətəndaşlar parklara, açıq ərazilərə toplaşıblar. İstanbul Hava Limanında sərnişinlər və işçilər də panika içində çölə çıxıblar.
Taksim meydanındakı otel və iş yerlərində çalışan işçilər zəlzələdən sonra meydanda gözləməyə başlayıb. Vətəndaşlar küçələrdə gözləməyə davam edir.
"Cebheinfo.az"