“Melissa Group”un rəhbərinin həbs müddəti uzadıldı

“Melissa Group”un rəhbərinin həbs müddəti uzadıldı

Yasamal rayonu Alatava yaşayış massivində qanunsuz söküntü işləri ilə bağlı saxlanılan “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədovun həbs müddəti uzadılıb.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Xətai Rayon Məhkəməsi bu barədə qərar qəbul edib.

Məhkəmə sübutların toplanmasının zəruriliyini nəzərə alaraq prokurorun təqdimatını təmin edib.

Qərara əsasən, Q. Məmmədovun həbsdə saxlanma müddəti 2 ay uzadılıb.

 

"Cebheinfo.az"